Avstraliyada yanğınlar böyüməkdə davam edir – Əhali bölgədən çıxardılır


Avstraliyada aylardır davam edən yanğınlar səbəbi ilə Kanberrada hava limanı müvəqqəti olaraq bağlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanın rəsmi səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, yanğın sürətli şəkildə ətrafa yayılmaqda davam edir və təyyarələrin eniş və uçuşlarında problemlər yaradır. Bölgədə bir çox yolların bağlanıldığı da qeyd edilib.  Eyni zamanda Kanberrada yaşayan əhaliyə bölgəni tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Avstraliyda ötən ilin sentyabr ayından davam edən yanğınlar nəticəsində milyarddan çox heyvan ölüb və milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top