Ölümcül virusa görə daha iki şəhərdə giriş-çıxış qadağan edildi


Çində yayılan ölümcül koronavirus səbəbi ilə daha iki şəhərdə giriş və çıxışlar bağlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkə hakimiyyəti təxminən 7 milyona yaxın insanın yaşadığı Huanqanq və milyondan artıq əhalisi olan Ezhou şəhərinə giriş-çıxışı bağlayıb. Bundan əlavə, ölkənin paytaxtı Pekində bir çox tədbirlər təxirə salınıb.
Qeyd edək ki, Çində sürətlə yayılmağa başlayan korona virus səbəbi ilə 500 nəfərdən çox insan virusa yoluxub, 24 nəfər isə dünyasını dəyişib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top