Korrupsiya ilə mübarizədə ən yaxşı nəticəni Ermənistan və Azərbaycan göstərib - HESABAT


Beynəlxalq Şəffaflıq Təşkilatı ("Transparency İnternational") 2019-ci il üçün "Korrupsiya Qavrama İndeksi -2019" adlı hesabatını açıqlayıb.
Yeniavaz.com Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabata istinadən bildirir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 30 balla 180 ölkə arasında 126-ci sırada yer alıb. 
Məlumat üçün bildirək ki, hesabat 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
Qeyd edək ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.  
2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu,
2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü,
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci,
2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci yeri tutub.
Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki illə müqayisədə 5 bal artıb. Nəticədə 180 ölkə arasındakı mövqeyi 26 pillə yaxşılaşıb. Bu sahədə Azərbaycan yalnız Ermənistandan geri qalıb. Belə ki, Ermənistanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 30 pillə yaxşılaşıb.
Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstanda ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 44-cı sırada qərarlaşıb. Türkiyə bu hesabatda Gürcüstanda 47 pillə geridədir - 91-ci yer.
Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar:
- Estoniya - 18-ci yer (74 bal), son bir ildə mövqeyi dəyişməyib.   
- Litva - 37-ci yer (60 bal), son bir ildə mövqeyi 2 pillə yaxşılaşıb.           
- Gürcüstan - 44-cü yer (56 bal), son bir ildə mövqeyi 4 pillə pisləşib.
- Latviya - 47-ci yer (56 bal), son bir ildə mövqeyi 5 pillə pisləşib.
- Belarus  - 70-ci yer (45 bal), son bir ildə mövqeyi dəyişməyib.
- Ermənistan - 75-ci yer (42 bal), son bir ildə mövqeyi 30 pillə yaxşılaşıb.          
- Türkiyə - 91-ci yer (39 bal), son bir ildə mövqeyi 7 pillə pisləşib.
- Qazaxıstan - 114-cü yer (34 bal), son bir ildə mövqeyi 9 pillə yaxşılaşıb.
- Moldova - 120-ci yer (32 bal), son bir ildə mövqeyi 3 pillə pisləşib.
- Azərbaycan - 126-cı yer (30 bal), son bir ildə mövqeyi 26 pillə yaxşılaşıb.
- Qırğızıstan - 128-ci yer (30 bal), son bir ildə mövqeyi 4 pillə yaxşılaşıb.
- Ukrayna - 129-cu yer (30 bal), son bir ildə mövqeyi 6 pillə pisləşib.
- Rusiya  - 144-cu yer (28 bal), son bir ildə mövqeyi 1 pillə pisləşib.
- İran - 150-ci yer (26 bal), son bir ildə mövqeyi 16 pillə pisləşib.
- Tacikistan  - 156-cı yer (25 bal), son bir ildə mövqeyi dəyişməyib.
- Özbəkistan  - 157-ci yer (25 bal), son bir ildə mövqeyi 2 pillə yaxşılaşıb.
- Türkmənistan  - 167-ci yer (19 bal), son bir ildə mövqeyi 3 pillə pisləşib.

Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka və Yeni Zelandiya hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Finlandiya, Sinqapur, İsveç, İsveçrə, Norveç, Niderland, Almaniya və Lüksemburq tamamlayır.
Ən pis vəziyyət isə Somali, Cənubi Sudan, Suriya, Yəmən, Venesuela, Sudan, Ekvatorial Qvineya, Əfqamıstan,  Şimali Koreya və Liviya qeydə alınıb.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top