AzTV Xuraman Şuşalını hicablı olduğuna görə efirə buraxmır? – RƏSMİ CAVAB


Xəbər verdiyimiz kimi müğənni Xuraman Şuşalı müsahibəsində vaxtilə AzTV-nin solisti olmasına baxmayaraq telekanalın onu hicabına görə efirə buraxmadığını bildirib.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bu cür fikri əsassız və məntiqsiz adlandırıb:
“AZTV-nin verilişlərinə diqqətlə baxsanız görərsiniz ki, hicablı qonaqlar və ekspertlər, tamaşaçılar həmin verilişlərdə iştirak edir, çıxış edir. Bundan əlavə Mədəniyyət kanalında İslam dininin dəyərləri ilə bağlı veriliş hazırlanır. Odur ki, bu əsassız və məntiqsiz yanaşmanın kim tərəfindən və nə üçün ortaya atıldığı bizə də maraqlıdır. Qaldı ki, müğənnilərə, biz dəfələrlə demişik, bu gün də deyirik ki, AzTV-nin xüsusən musiqi siyasətini Bədii Şura müəyyən edir. Yaşından, səsindən, cinsindən və geyimindən asılı olmayaraq hər bir müğənninin AzTV, Mədəniyyət və İdman kanalında çıxışı yalnız Bədii Şuranın müzakirəsindən və sonda keçirilən səsvermənin nəticəsindən asılıdır”.
Qeyd edək ki, müğənni Xuraman Şuşalını News24.az-a müsahibəsində AzTV telekanalının hicabına görə onu efirə buraxmadığını deyib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top