Türkiyədə 5,6 bal gücündə zəlzələ oldu - Dağıntılar var


Türkiyənin Manisa vilayətində ard-arda 3 zəlzələ olub.

Yeniavaz.com xəbər verir ki, yerli vaxtla 22:22-də Akhisar rayonunda 5,6 bal gücündə, 22:25-də 4,4 bal gücündə, 22:48-də Kırkağaç rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Zəlzələ İstanbul, Bursa, İzmir, Afyon, Uşaq kimi bir çox şəhərlərdə hiss edilib. 

Akhisar rayonunda binalardan birinin çökdüyü deyilir. Hələlik yaralılar və digər dağıntılar barədə məlumat yoxdur. 

DİGƏR XƏBƏRLƏR

Top