Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı bu peşə sahiblərinə verilir - SİYAHI


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil edib. 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 59,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 2 min 999,6 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 343,1 manat. Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 429,7 manat, tikintidə 729,9 manat, maliyyə və sığorta sahəsində 1624,2 manat, ticarət sektorunda 473,7 manat, informasiya və rabitə sahəsində 989 manat olub.
2019-cu ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top