"Pişik qadın" Yunanıstanın prezidenti oldu - FOTO


Yunanıstanın yeni prezidenti Katerina Sakellaropulu seçildi.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Yunanıstan parlamentində 300 deputatın 261-i lehinə səs verərək Katerina Sakellaropulu ölkə prezidenti seçiblər.
Qeyd edək ki, Yunanıstanın 63 yaşlı yeni prezidenti pişikləri çox sevdiyi üçün ölkədə "Cat Lady" (pişik qadın) olaraq tanınırdı. Katerina Sakellaropulu həmçinin Yunanıstanda dövlət şurasının ilk qadın başçısı olaraq da tanınır.

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top