
2019-cu ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0,1%, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,2% artıb.
Yeniavaz.com açqılanan rəsmi statistikaya istinadən bildirir ki, 2019-cu ildə yalnız minik avtomobilləri, telefon aparatları, foto-kino avadanlıqları və optik cihazlar, həmçinin kitablarınqiyməti ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiyməti artıb. Dərmanlar və yanacaq məhsullarının (benzin və dizel yanacağı) qiymətində dəyişiklik olmayıb.
2018-ci ilə nisbətən 2019-cu ildə qeyri-ərzaq məhsullarının qiymət dəyişikliyi belə olub:
| Qeyri-ərzaq məhsulları | 2018-ci ilə nisbətən 2019-cu ildə |
| Parçalar | 3,8 % |
| Geyim | 1,0 % |
| Ayaqqabı | 1,4 % |
| İnşaat materialları | 2,0 % |
| Mebel və ev əşyaları | 2,1 % |
| Xalça və digər döşəmə örtükləri | 2,6 % |
| Məişət cihazları | 0,1 % |
| Kiçik elektrik cihazları | 1,0 % |
| Şüşə məmulatları, yemək qabları və əşyaları | 2,2 % |
| Evə qulluq etmək üçün lazım olan məhsullar (mebellərə qulluq etmək, unitaz və vannaların təmizlənməsi, qabların yuyulması üçün vasitələr və s.) | 1,8% |
| Dərmanlar | - |
| Müalicə ləvazimatları və cihazları | 3,6 % |
| Minik avtomobilləri | 2,8 % azalıb |
| Velosipedlər | 2,2 % |
| Minik avtomobilləri üçün ehtiyat hissələri | 0,9 % |
| Yanacaq məhsulları (benzin və dizel yanacağı) | - |
| Telefon aparatları | 0,9 % azalıb |
| Foto-kino avadanlıqları və optik cihazlar | 0,5 % azalıb |
| Məlumatın işlənməsi üçün avadanlıqlar (kalkulyator, fərdi kompüter, noutbuk, planşet) | 0,4 % |
| Oyuncaqlar | 2,7 % |
| Açıq havada idman, turizmlə məşğul olmaq və istirahət etmək üçün əşyalar | 1,7 % |
| Kitablar | 2,2 % azalıb |
| Qəzetlər və dövri nəşrlər | 0,3 % |
| Dəftərxana və şəkil çəkmək üçün ləvazimat | 5,1 % |
| Şəxsi gigiyena əşyaları və elektrik cihazları (saç qurutmaq üçün fenlər) | 1,5 % |
| Zərgərlik məmulatları | 1,2 % |
| Sair şəxsi istifadə əşyaları | 1,4 % |
Tətbiqimizi yükləyə bilərsiniz