Bakıda 17 mərtəbəli binada yanğın, sakinlər təxliyə olundu


Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın olub.
Hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Yanğın binanın 16-cı mərbəsində yerləşən elektrik şitində meydana gəlib, sakinlər binadan təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top