Yeni ortaya çıxan virus səbəbilə ölənlərin sayı artır


Çindən yayılmağa başlayan koronavirus səbəbilə ölənlərin sayı 9-a çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, koronavirus səbəbilə 9 nəfər dünyanı dəyişib.
Rəsmi rəqəmlərə görə, virusa yoluxanların sayı 440 nəfərdir.
Ancaq, Çinin tibb işçilərinin bildirdiyinə görə, virusun daşıyıcıları təxminən 2 min nəfərdən çoxdur.
"Reuters"in yaydığı məlumatlarda, Çindən ABŞ-a səyahət edən 30 yaşlı bir nəfərdə də həmin virus aşkarlandığı bildirilib.
Koronavirusun ilk olaraq heyvanlardan insanlara yoluxduğu deyilsə də, son məlumatlarda xəstəliyin insandan insana keçdiyi də deyilir.
Tibb işçiləri xəstəliyin heyvanlardan yoluxduğu qənaətindədir.
Çində ortaya çıxmasının səbəbi isə əhalinin çoxluğu və insanların heyvanlarla təmasının çox olduğu kimi göstərilir. 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top