İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb


"Kaspersky Lab"ın mütəxəssisləri internetdə yeni fırıldaq sxemini aşkarlayıblar.

Bu  barədə  "Kaspersky Lab" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fırıldaqçılar özlərini fərdi məlumatların müdafiəsi fondunun nümayəndələri kimi təqdim edərək, fərdi məlumatları ələ keçirir və bundan pul qazanırlar. Onlar bu fondun ABŞ Federal Ticarət Komissiyası tərəfindən yaradıldığını bildirirlər. Özlərinə feyk sayt yaradan kibercinayətkarlar internet istifadəçilərinə fərdi məlumatların oğurlanmasına görə kompensasiya ödəyəcəklərini deyirlər. Sözügedən cinayət halı daha çox Rusiya, Əlcəzair, Misir və Birləşmiş Ərəb Əmirliklərində və s. ölkələrdə qeydə alınıb. Cinayətkarlar internet istifadəçilərindən məlumatlarının oğurlanıb-oğurlanmadığını yoxlamaq adı ilə bir sıra şəxsi informasiya alırlar. Bura ad, soyad, telefon nömrəsi və sosial şəbəkələrinin linki daxildir. İnformasiyaları aldıqdan sonra isə istifadəçiyə fərdi məlumatlarında boşluq aşkarlandığını bildirərək, onlara kompensasiya ödəniləcəyini deyirlər. Kompensasiyanı almaları üçün isə sosial sığorta nömrələrini istəyirlər. Sonra o nömrənin bazada görünmədiyini deyərək, müvəqqəti olaraq 9 dollara yeni nömrə almağı təklif edirlər.

Şirkət mütəxəssisləri bu kimi təkliflərə skeptik yanaşmanı tövsiyə edir. Eyni zamanda, etibarlı sayt və tətbiqlərdən istifadə etməyi məsləhət görürlər.//modern.az
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top