Riçard Almeyda BƏƏ klubu ilə müqavilə bağlayıb


Qış fasiləsində "Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Azərbaycan millisinin yarımmüdafiəçisi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

31 yaşlı futbolçu “Baniyas” klubu ilə anlaşıb. Almeyda yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-ci ilin yayından bəri “Qarabağ”da çıxış edən Riçard Almeyda yalnız 2018-ci il 6 ay Qazaxıstanın “Astana” klubunun formasını geyinib.//Apasport

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top