Kanada Britaniyanın keçmiş şahzadəsini qonaq etmək istəmir


Xəbər verildiyi kimi, Böyük Britaniyada krallıq titul və vəzifələrindən imtina etdiyini açıqlayan, kraliça II Elizabetin nəvəsi, şahzadə Harri Kanadaya köçmək niyyətindədir.

Bununla bağlı bu il yanvar ayının 9-da yerli “National Post” qəzetində keçirilən sorğuda kanadalıların 61%-i onu ölkənin general-qubernatoru, yəni kraliçanın ali nümayəndəsi kimi görmək istədiklərini ifadə ediblər.

Lakin bu il yanvar ayının 15-də “Anqus Reyd İnstitutu” tərəfindən keçirilən digər sorğuda Kanada əhalisinin 73%-nin Harri və Meqan cütlüyünün burada qalmaqla bağlı məsrəflərini qarşılamaq istəmədikləri ortaya çıxıb.

Fransanın “Le Monde” qəzetinin yazarı Elen Juanın yazdığına görə, krallığın gənc təmsilçilərinin və onların övladının təhlükəsizliyinin təminatı üçün Kanada süvari polisinə 1,17 milyon dollar məbləğində büdcə ayrılmalıdır. Buna görə də Kanadanın Vergi ödəyənlər federasiyası xüsusi petisiya tərtib edərək şahzadə Harri və xanımının müstəqil olaraq xərclərinin özləri tərəfindən qarşılamasını istəyiblər. Bir həftə ərzində petisiyanı 50 mindən çox adam imzalayıb.

Bundan başqa, Kanadanın “Vətəndaşlıq haqqında qanunu” Britaniya krallıq ailə üzvlərinə hər hansı xüsusi statusu da nəzərdə tutmur. Əgər Harri və xanımı daimi sakin statusunu əldə etmək istəsələr, onlar yaş, diplom, dil bilgisi kimi bir sıra meyarlara uyğun gəlməlidirlər. Burada Meqan Marklın vaxtilə “Fors-major” adlı amerikan serialının çəkimləri üçün Torontoda keçirdiyi illər ona əlavə xallar gətirəcək.

Laval universitetinin professoru Patrik Toyon isə Kanadanın Harri və Meqan cütülüyü üçün bir sent belə xərcləmək istəməməsinə təəccübləndiyini bildirib. Burada onlara qarşı hətta adi diplomatik nəzakət nümyiş etdirilmir”,-deyə P.Toyon qeyd edir.

Ölkənin nüfuzlu nəşrlərindən sayılan “Glob and Mail” qəzetinin redaksiya yazısında isə baş nazir Castin Trüdodan britaniylı krallıq təmsilçilərinin Kanada qalmaqla bağlı sorğusuna imtina cavabı vermək xahiş olunub.

“Kanadadakı monarxiya virtual xarakter daşıyır. Burada onlar nə idarə edilər, nə də yaşayırlar. Onlar ürəklərimizə yaxın olsa da, evimizdən uzaqdadırlar”,-deyə məqalədə qeyd olunub.

“Kanadalı fransızlar isə hələ də ingilis krallıq taxt-tacını müsətəmləkə keçmişlərinin bir parçası olaraq görməkdə davam edirlər”,-deyə fransızdilli Kvebek əyalətinin Monreal universitetinin professoru Mark Şevriye Elen Juana bildirib.

“Journal de Montreal” qəzetinin yazarı, Kvebek əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan, sosioloq Matye Bok-Kote gələn qonaqları “borc içində boğulan parazitlərə” bənzədib. O, kvebekliləri “xarici ölkənin kraliçasını dövlət başçısı kimi tanımamağa və öz dövlətlərin qurmağa” çağırıb.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top