Azərbaycan boşanmaların sayı rekord səviyyəyə yüksəldi - RƏSMİ


Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 58 min 317 nikah və 15 min 635 boşanma halları qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, il ərzində qeydə alınan bu göstərici müstəqil Azərbaycan tarixində qeydə alınan ən yüksək göstəricidir. Əvvəlki illərdə heç vaxt bu sayda boşanma qeydə alınmayıb.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonrakı ildə - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:
İllər Nikahlar Boşanmalar
1992 68 740 9 465
1993 60 028 6 564
1994 47 147 6 256
1995 43 130 5 669
1996 38 572 5 598
1997 46 999 5 806
1998 40 851 5 657
1999 37 382 5 013
2000 39 611 5 478
2001 41 861 5 382
2002 41 661 5 738
2003 56 091 6 671
2004 62 177 6 914
2005 71 643 8 895
2006 79 443 7 817
2007 81 758 8 340
2008 79 964 7 933
2009 78 072 7 784
2010 79 172 9 061
2011 88 145 10 747
2012 79 065 11 087
2013 86 852 11 730
2014 84 912 12 088
2015 68 773 12 764
2016 66 771 13 114
2017 62 923 14 514
2018 62 484 14 857
2019
ilk 11 ay
58 317 15 635
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top