Azərbaycanda əkiz, üçəm və dördəm doğulanların sayı AÇIQLANDI


Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 78 min 737 nəfər və ya 0,8% artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin ümumi sayının 52,8%-ini şəhər, 47,2%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.
Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129 min 183 doğulan körpə qeydə alınıb.  Doğulanların 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.
2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50 min 796 ölüm halı qeydə alınıb və 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top