Bu şərt yerinə yetirilsə Həbib Makqreqorla yenidən döyüşəcək


Makqreqorun son döyüşdə rəqibini 40 saniyəyə nakaut etməsindən sonra Həbiblə yeni döyüşün baş tutub-tutmayacağı gündəmə gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, UFC direktoru Dana Vayt Makqreqorla Həbib arasında yeni döyüşün baş tutması üçün fəaliyyətə başlayıb.
Həbibin atası Abdulmanaf Nurməhəmmədov isə döyüşün baş tutması üçün yeni şərt irəli sürüb.
O bildirib ki, hər iki döyüşçü arasında yeni qarşılaşmanın olması üçün oğluna 100 milyon dollar təklif edilməsini gözləyir: "Əgər bu şərt yerinə yetirilsə Həbib Nurməhəmmədovla Makqreqor arasında yeni döyüş baş tutacaq". 
Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top