İranlı deputatdan Trampın başına milyonluq mükafat


İranlı millət vəkili Əhməd Həmzeh ABŞ Prezidenti Donald Trampın başına 3 milyon dollar mükafat qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Ə.Həmzeh Kirman əyalətindəki insanların adına D.Trampı öldürən şəxsə 3 milyon dollar mükafat verəcəyini bildirib. 
Qeyd edək ki, Kirman İranın 3 yanvar tarixində ABŞ tərəfindən öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Qasım Süleymaninin doğulduğu bölgədir. 
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top