Haftar haqqında qəribə iddia - telefonu bağlayıb, xəbər vermədən getdi


Liviyanın şərqini idarə edən general Haftarın Berlin konfransında sənədləri imzalamadan ölkəni tərk etdiyi iddia edilib.
Yeniavaz.com xəbər verir ki, liviyalı general Haftar Berlin konfransında atəşkəs sənədlərini imzalamadan tərk edib.
Bu barədə "Sputnik News" rus diplomatlardan aldığı məlumatlara əsasən xəbər yayıb.
Rusiyalı diplomatlar agentliyə verdikləri məlumatda Haftar haqqında "Qəribə davrandı, telefonu bağladı, əlaqə qurmadı, heç kəsə xəbər vermədən Almaniyanı tərk etdi".
Qeyd edək ki, bir neçə gün əvvəl Liviyada atəşkəsin əldə edilməsi üçün Moskvada baş tutan görüşdə də Haftar atəşkəs razılaşması barədəki sənədləri imzalamaqdan imtina etmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top