Ərdoğan yolda çətinlik çəkdi, helikopter sahəsinin tikilməsi üçün əmr verdi


Türkiyyə Prezidenti Rəcəb Tayyib Ərdoğan otel açılışına gedərkən yolda çətinliklə qarşılaşdığı üçün otelin ərazisində helikopter sahəsinin tikilişinə dair əmr verdi.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ayların birində dörd nazirlə birlikdə AKP-li bələdiyyə sədri Atilla Atamanın dağın təpəsində yerləşən otelin açılışına gedib. O, otelə gedərkən yolda çətinlik çəkib. Buna görə də  dövlət başçısı, ətrafında heç bir müəssisə olmayan bu hotelin ərazisində helikopter sahəsinin tikilişi öçün göstəriş verib. Bunun üçün o, dövlət büdcəsindən 4 milyon 98 min TL ( 1 milyon 176 min 126 AZN) vəsait ayırdığını açıqlayıb.
R.T.Ərdoğan, otelin təməlini qoyan Daxili İşlər naziri Süleyman Soylu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Sənaye və Texnologiya naziri Mustafa Varank, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhanın da Trabzonlu olduğunu xatırladaraq, onların da əllərindən gələn dəstəyi verəcəklərini qeyd edib.
Ərdoğanın sözlərindən sonra Nəqliyyat Nazirliyi lazımi sənədləri hazırlayaraq, otel ətrafında uyğun yer təyin edib. Layihə 15 noyabr tarixində təsdiqlənib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top