Beynəlxalq Qızıl Xaç Komitəsindən qorxu statistikası: 1981-2000-də doğulanlar...


Beynəlxalq Qızıl Xaç Komitəsi nüvə silahları və insanlar barədə yeni araşdırma təqdim edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Komitə 16 ölkədə 16 min gəncə dünyada baş verən savaşlar barədə sorğu yönəldib.
Nəticədə, 20-35 yaş arasındakı gənclərin 54 faizinin gələcək 10 il ərzində nüvə müharibəsinin olacağından qorxuduğu bəlli olub.
Sorğuda iştirak edənlərin 47 faizi 3-cü dünya müharibəsinin baş verəcəyinə inandığını, 46 faizi isə əks fikirdə olduğunu bildirib.
Gənclərə yönəldilən suallardan biri də dünyada baş verən savaşların qarşısını almağın mümkün olub-olmamasıdır.
Gənclərin 74 faizi bunun mümkünlüyünü, 23 faizi isə savaşların qaçınılmaz olduğunu bildirib.
Sorğuda gənclərdən insanlara ən çox mənfi təsir edən hallar da soruşulub. Bu suala isə daha çox korrupsiya, işsizlik, rüşvət və yoxsulluq cavabı verilib. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top