Goranboyda qəbiristanlıqdan cadu tapılıb - vəhşi heyvan ayağı, zəncir, qıfıllar - FOTOLAR


Goranboyda qəbiristanlıqda qeyri-adi formalı cadu tapılıb. 
Yeniavaz.com xəbər verir ki, rayonun Boluslu kəndində qəbirlərin yaxınlığına basdırılan qara bükülünün içərisindən çıxanlar görənləri heyrətlədirib.
Kənd sakinləri bildirir ki, yaxınlarının məzarlarını ziyarət gələn zaman qəbirlərin birinin yanında üzərində yazılar olan gənc oğlan şəkili, vəhşi heyvan ayağı, üzərində zəncir və qıfıllar olan oyuncaq görüblər. Qəbirstanlıqdan tapılan şəkilin kənd sakini olmadığı bildirilir.
Cadunun həmin şəxsə edildiyi ehtimal olunur.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top