Siqaret çəkən futbolçunu “Qarabağ”ın qapıçısı əvəzlədi


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
“Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.
Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidir. Siqaret çəkdikləri üçün "Neftçi"nin qapıçısı Elnur Hüseynov və "Zaqatala"nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, Q.Məhərrəmov ötən mövsüm U-17 Liqasının ən yaxşı qapıçısı seçilib. (apasport)

DİGƏR XƏBƏRLƏR

Top