Azərbaycanda şadlıq sarayında faciə - Fəhlə öldü


Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.
Hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.
Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb.
Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top