Azərbaycanlı minlərlə tısbağanı Türkiyəyə görün necə keçirmək istədi - VİDEO


Minik avtomobilinin qapılarında minlərlə su tısbağasını gizlədərək Türkiyəyə aparan Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com
CNN Türkə istinadla xəbər verir ki, Gürcüstandan Türkiyəyə daxil olmaq istəyən Azərbaycan vətəndaşının avtomobilində 4 min 450 su tısbağası aşkarlanıb. Türk polisi tərəfindən saxlanılan Ruslan Qurbanov su tısbağalarını 99 US 893 dövlət nömrə nişanlı avtomobilinin qapılarında gizlədərək sərhəddi keçməyə çalışıb. Azərbaycan vətəndaşına Türkiyədə 5607 saylı qanuna zidd hərəkət etməsi səbəbilə cinayət işi açılıb.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top