Məşhur meyxanaçı bacısı oğlunun intiharından yazdı: “Kaş ki, şəhid olardın...”

"Bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə şəhid olmağı arzu edərdim".

Yeniavaz.com xəbər verir ki, bunu tanınmış meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu Şamxal Niftəliyev haqqında yazıb.

O, bacısı oğlu ilə birlikdə fotolar paylaşaraq, altına bu sətirləri əlavə edib: “Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda şəhid olmağı arzu edərdim. Hansı ki, ata-ananın bunu deməyə dili gəmir amma, kaş ki şəhid olardın. Başımız sağ olsun. Amma inanma ki, dayın səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”.

Qeyd edək ki, yanvarın 19-da 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə səhər saatlarında özünü asaraq, intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top