ABŞ-ın Bağdaddakı səfirliyi yenidən raket atəşinə tutulub


Bağdadın mərkəzindəki “Yaşıl zona” yenidən raket atəşinə məruz qalıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfrliyinin binası yaxınlığındakı “Yaşıl zona”ya 3 ədəd “Katyuşa” tipli raket atılıb.
Hücum nəticəsində maddi ziyanın dəyməsi, ölən və yaralananların olması barədə hələki heç bir məlumat verilməyib.
İlkin ehtimallara görə, hədəf ABŞ səfrliyi olub.
Qeyd edək ki, əvvəllər də hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl zona”ya dəfələrlə belə zərbələr endirilib.

İlahə Hüseynova 

DİGƏR XƏBƏRLƏR

Top