Daha bir MDB ölkəsində hökumət istefa etdi


Özbəkistanda hökumət istefa etdi.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Abdulla Aripov ötən gün keçirilən Senatın iclasının sonunda elan edib. 
Senatdan edilən açıqlamaya görə, yeni hökumət formalaşdırılana qədər istefa verən hökumətin üzvləri öz səlahiyyətlərini icra edirlər. Yeni baş nazir namizədi bu gün parlament iclasında müzakirə ediləcək.
Yeni hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə gün əvvəl digər bir MDB ölkəsi Rusiyada da bu addım atılmışdı.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top