Üzərlərinə qaynar su dağılan azyaşlı qardaşla bacının FOTOSU - YENİLƏNİB


Mingəçevirdə azyaşlı bacı və qardaşın üzərlərinə qaynar suyun dağılması nəticəsində yanıq xəsarəti almaları haqqında xəbər vermişdik.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Məhəmməd Quliyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, 7 yaşlı Zəhra Qarayevanın bədəninin 10-19, 8 yaşlı Hüseyn Qarayevin isə bədəninin 10 faizi yanıb. Onlar uşaq-reanimasiya şöbəsinə yerləşdiriliblər və müalicələri davam edir.
Baş həkimin sözlərinə görə onların vəziyyəti orta-ağır qiymətləndirilir.


***   09:53

Mingəçevirdə azyaşlı bacı və qardaş yanıq xəsarəti alıblar.
Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivində qeydə alınıb. Ehtiyatsızlıq edən 8 yaşlı Hüseyn və 7 yaşlı Zəhra Qarayevlər qaynar su dolu qabı üzərlərinə aşırıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bacı və qardaş xəstəxanaya çatdırılıb. Uşaqlara tibbi yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir.

Esmira Hidayətova, Mingəçevir

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top