"Gələcək nəsillər 20 yanvar faciəsinin qurbanlarını heç vaxt yaddan çıxartmayacaq" - Rusiyalı deputat


“Bakıya hər gəlişimdə Şəhidlər Xiyabanını ziyarət edirəm”. 

Bunu Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbirində çıxış edən Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

O, çıxışında bildirib ki, bu faciədə gənc insanlar, zabitlər, ziyalılar həyatlarını itiriblər: “Həmin hadisələrdə heç bir siyasətçi və ya fəal xəsarət almayıb, həyatını itirməyib. Hələ də bu qərarın qəbul olunma mexanizmi bizə məlum deyil. Yəqin ki, bu cinayətin təhqiqatına qayıtmağın lazım olduğunu söyləməyin mənası var. Sovet məkanında o dövrdə bundan daha qəribə bir hadisə baş verməmişdi. Bu dəhşətli faciənin heç bir bəraəti yoxdur".

Rusiyalı deputat 20 yanvar şəhidlərinin heç vaxt unudulmayacağını vurğulayıb: "Bizdən sonra gələn nəsillər də bu faciənin qurbanlarını heç vaxt yaddan çıxartmayacaq". (APA)

DİGƏR XƏBƏRLƏR

Top