Son 5 ildə azərbaycanlılar Türkiyədən nə qədər mənzil alıblar? - SİYAHI


Yola saldığımız 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 191 mənzil satın alıblar. 
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2018-ci ildə azərbaycanlılar Türkiyədən 2019-cu ildəkində 59 mənzil çox - 1250 mənzil satın alıblar.
Məlumat üçün bildirək ki, son 5 il ərzində - 2015-19-cu illər ərzində Azərbaycan vətəndaşları Türkiyədən 4 808 mənzil satın alıblar.
Azərbaycan vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı illər üzrə bu cür olub:
İllər Mənzillərin sayı
2019 1191
2018 1250
2017 942
2016 610
2015 815

DİGƏR XƏBƏRLƏR

Top