Mingəçevirdə 20 Yanvar Ümumxalq Hüzn günü qeyd edilib - FOTOLAR


Mingəçevirdə 20 Yanvar Ümumxalq Hüzn günü qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, minlərlə mingəçevirli Şəhidlər xiyabanına axışaraq xalqımızn tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramını bildirib. Şəhər icra hakimiyyətinin,hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin iradənin sınmadığı və milli ruhu sarsılmadığını, həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd edib.

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnələşdirilmiş ədəbi kompozisiya nümayiş olunub. Faciənin miqyası bədii formada anım tədbiri iştirakçılarına çatdırılıb. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub və şəhər sakinləri şəhidlərin xatirəsinə ehtiram duruşu nümayiş etdirib.



Esmira Hidayətova, Mingəçevir 

DİGƏR XƏBƏRLƏR

Top