Kirayə yolla mənzil sahibi olmaq istəyənlərə BƏD XƏBƏR - Qiymətlər 2 dəfə...


Xəbər verildiyi kimi, 22 yanvar 2020-ci il tarixində başlayaraq mənzilləri satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərə başlanılacaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, artıq satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ünvanlar və qiymətləri barədə məlumatlar açıqlanıb.
Açıqlanan məlumatlara görə, İpoteka və Kredit Zəmanət Fondu kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərə 331 mənzil təqdim edəcək. Mənzillər Bakının Nizami  (208 mənzil) və Xətai (40 mənzil) rayonlarında, həmçinin Xırdalan (58 mənzil) və Sumqayıt (25 mənzil) şəhərlərində yerləşir.
Diqqət çəkən məsələlərdən biri mənzillərin qiymətilə bağlıdır. fed.az-ın İpoteka və Kredit Zəmanət Fonduna istinadən yaydığı məlumatda qeyd olunan qiymətlər real bazar qiymətlərindən dəfələrlə yüksəkdir.
Məsələn, Xırdalan şəhərində (21-i məhəllə 15) yerləşən və sahəsi 68,3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127,3 min manat göstərilib. Rəqmlərdə də görüdüyü kimi bu mənzilin kvadratmetri 1 864 manat təşkil edir. Məlum məsələdir ki, Xırdalanda 65-70 kvadratmetr sahəsi olan mənzillərin real bazar qiyməti İpoteka və Kredit Zəmanət Fondunun göstərdiyi qiymətdən ən azı 2 dəfə ucuzdur.
Hətta, bü cür mənzilləri 8%-lik adi ipoteka krediti ilə aldığız zaman belə yekun ödəniş kirayə mənzillər üçün ödəniləcək məbləğdən az olacaq.
Məsələn, bankdan 8% ilə 25 il müddətinə 50 min manat ipoteka krediti alıb Xırdalan şəhərində 65-70 kvadratmetr mənzil satın alsanız, yekunda ödəyəcəyiniz məbləğ 117 min manat olacaq.  Halbuki,  İpoteka və Kredit Zəmanət Fondunun 25 il müddətinə kirayə ödəmək yolu ilə təqdim etdiyi 68,3 kvadratmetr mənzil üçün yekunda ödəyəcəyiniz məbləğ 127,3 min manat olacaq.
Bundan başqa kirayə ödəmək yolu ilə təqdim edilən mənzillərin qiyməti yüksək olduğu üçün ilkin ödəniş kimi tələb olunan (12 aylıq) vəsait və aylıq ödənişlər də yüksək olur. Kirayə ilə Xırdalan şəhərində 127,3 min manatlıq (68,2 kvadratmetr) mənzilə sahib olmaq üçün 25 il müddətində hər ay 425 manat, ilkin ödəniş kimi isə 5100 manat ödəmək lazımdır. Ancaq 50 min manat məbləğində ipoteka krediti götürüldüyü zaman isə 25 il müddətində hər ay 390 manat və ilkin ödəniş kimi isə 7500 manat ödəmək lazımdır.

A.Cəfərov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top