Məzahir Pənahov: “Bu seçkilərdə şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır”


“Bu seçkilərdə şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır”.
Yeniavaz.com
 xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, ümumilikdə şikayətlərin sayında azalma müaşhidə edilir: "Müəyyən şikayətlər  var  ki, istəsək də  Seçki Məcəlləsinin tələbinə görə, Komissiyanın iclasına çıxarıla bilməz. Hətta onlar daxil olmaqla şikayətlər 30-40-ı keçmir. Ona görə də ötən seçkilərlə müqayisədə deyə bilərəm ki, şikayətlərin sayı müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir”.
Bu il rekord sayda namizədin qeydə alınması ilə bağlı isə MSK sədri bildirib ki, bu, insanların fəallığı ilə bağlıdır: "Mənim siyasi məsələlərə münasibət bildirmək hüququm olmadığı üçün geniş danışa bilmirəm. Baş verən hadisələr, cəmiyyətdəki dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır.  Görünür ki, insanlar artıq cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top