General Haftarın ordusu atəşkəsi yenidən pozdu


Berlin konfransında qəbul edilən Liviyada atəşkəs qərarından bir neçə saat sonra general Haftarın tərəfdarları yenidən hərəkətə keçib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın paytaxtı Berlində keçirilən konfransda Liviyada atəşkəs elan edilməsi ilə bağlı qəbul edilən qərardan sonra general Haftarın ordusu Trablusa raket hücumu edib. Bu barədə məlumat Haftara qarşı döyüşən qruplar tərəfindən yayılıb.
Qeyd edək ki, dünən Almaniyanın paytaxtı Berlində Rusiya, Almaniya, Türkiyə, Fransa və digər ölkə liderlərinin qatıldığı konfrans baş tutub. Konfransın əsas mövzusu Liviyada atəşkəsin bərqərar edilməsi olub.
 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top