Hyustonda 20 Yanvar şəhidləri anıldı - FOTOLAR


19 yanvar 2020-ci ildə ABŞ-ın Texas əyalətinin Hyuston şəhərində 20 yanvar 1990-cı ildə xalqımıza qarşı Sovet imperiyası tərəfindən törədilmiş qırğınla bağlı tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbiri giriş sözü ilə, bu şəhərdə fəaliyyət göstərən həmyerlilərimizin yaratdığı Azərbaycan Amerika Mədəniyyət Alyansının rəhbəri İslam Rizvanoğlu açıb. O çıxışında, bu faciənin xalqımızın azadlıq mücadiləsində  önəmli yer tutduğunu bildirib.
Daha sonra tarixçi Coşqun Bəkirov 20 Yanvar faciəsinin törədilməsində Sovet rəhbrəliyinin məqsədi və bu hadisənin xalqımızın sonrakı azadlıq mübarizəsində rolu haqqında geniş məlumat  verib.
Sonda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.
Tədbirdə yüzə yaxın həmyerlimiz iştirak edib.




Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top