Əgər sizdə də bu əlamətlər varsa...


Zəif, pis və yaxşı, güclü damarlar anlayışı tibdə neyrosirkulyar distoniya kimi diaqnoz olunur.

Bu qan dövranı pozğunluğu olub, damar tonusu və keçiriciliyinin işində zəifləmə, çökmələrlə bağlıdır.

Hansı əlamətlərin damarlarınızın yaxşı olmadığını göstərdiyini təqdim edir.

- Ara-sıra baş gicəllənmələr

- Başda ağırlıq hissi

- Yelənmə hissi

- Bədənin vəziyyətini qəfil dəyişəndə gözlərdə qaralma, ikiləşmə, bulanma

- İstiyə dözümsüzlük, qapalı yerdə özünü pis hiss etmək

- Soyuq əl-ayaq

- Oynaqlarda ağrı, qırılma hissi

- Meteohəssaslıq

- Halsızlıq

- Ürək döyüntülərinin artması

- Təzyiqin oynaması

- Stress, gərginlik

Damarların pis olmasının bir neçə səbəbi var: anadangəlmə və sonradan qazanılma: ağır iş, xəstəliklər, yaşla bağlı, uzun müddətli stress, əsəb, qidalanma, çox oturmaq

Damarlarda qan dövranını heç bir tablet normal hala salmır. Mütləq həyatını dəyişib, daha sağlam həyat tərzi seçməlisiz.

Hamamda isti-soyuq növbəli duş, sauna, buxar, idman, ayaq vannaları, fitnes, dieta, az yemək, stresdən uzaq olmaq damarları yaxşı işlədir.  /Medicina.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top