Bakıda DƏHŞƏT - Yük maşını 15 yaşlı şagirdi vurub öldürdü


Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top