Azərbaycanda toydan qayıdan ailə qəzaya düşdü, yaralılar var


Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə Saaatlı rayonunun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb. 

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top