Bakıda istirahət mərkəzində yanğın olub


Bakının Sabunçu rayonunda yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kotec və bitişik 25 m² olan digər kotecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, kotecin qalan hissəsi və bitişik koteclər yanğından mühafizə olunub. 

Yanğın nazirlyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top