Cenk Tosun qol vurdu, ingilislər “Türkiyə” qışqırdı - VİDEO


İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə “Kristal Pelas” qarşılaşıb.

Yeni komandasında ilk dəfə 11-likdə meydana çıxan türkiyəli futbolçu Cenk Tosun oyunun 39-cu dəqiqəsində “Kristal Pelas”ı önə çıxaran qol vurub. Tosunun bu qolundan sonra ingilis azarkeşlər tribunadan “Türkiyə” deyə qışqırmağa başlayıb.

Tosunu qarşılaşmanın 81-ci dəqiqəsində Konnor Uikem əvəz edib. Bu əvəzetmədən 1 dəqiqə sonra isə meydana çıxan Serqio Aquero hesabı bərabərləşdirib.

88-ci dəqiqədə ikinci qolu vuran Aquero “Mançester Siti”ni önə çıxarıb. 90-cı dəqiqədə Fernandinyo öz qapısından qol keçirib və hesab 2:2 bitib.

Bununla da “Mançester Siti”nin xalı 48 olub. “Kristal Pelas” isə xalını 30-a yüksəldib.


//qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top