Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

Rusiyada yaşayıb, orada videobloqerlik fəaliyyəti ilə məşhurlaşan, iş adamı və xeyriyyəçi, əslən Azərbaycanlı Hüseyn Həsənov yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.  

Bir çox məşhurlar qazanclarını gizlətdiyi bir vaxtda Hüseyn var-dövlətini telefonun kamerasına çəkərək “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb.  

Bloqer dəstə-dəstə yüzlük avro, dollar və rubl əskinasları iş masasının üstünə səpərək “Səmimi qəlbdən arzu edirəm ki, hər biriniz səhər yuxudan oyananda bunları görün” sözlərini deyib.  

Məşhur daha sonra pullarını qucaqlayaraq, başını onların üstünə qoyub və “Bu pulları paylamağa başlayaq?”, - sualı ilə izləyicilərinə səslənib.  


//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top