Bakılı milyarderlər Moskvanın mərkəzindəki Mərkəzi Bazarı aldılar - FOTOLAR

“Əmlak Kralları” Nisanov və İliyev Moskvadakı Mərkəzi Bazarı alıblar.

Yeniavaz.com konkret.az-a istinadla xəbər verir ki, Moskvadakı Rojdestvenski Bulvarındakı mərkəzi bazarın sahibi dəyişib. Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışa əsasən bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.

Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.

Qeyd edək ki, Bakılı Qod Nisanov və Zarax İliyevə məxsus olan “Kiyevskaya Ploşad” Qrupu Rusiyadakı ən böyük ticarət daşınmaz əmlakı sahibi kimi tanınırlar.

DİGƏR XƏBƏRLƏR

Top