Bakıda 14 yaşlı qız öldü - SƏBƏB


Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top