"Tay çarıx" necə Mişustin oldu? - Rusiyanın yeni Baş naziri haqqında maraqlı...


Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin ölkənin  Baş Naziri vəzifəsinə təyin olunub.
Yeniavaz.com xəbər verir ki, Rusiya aparıcı saytlarından biri olan "woman.ru" ölkənin yeni Baş naziri Mixail Mişustinin maraqlı tərcümeyi halını yayıb. 
Yayılan məlumatda bildirilir ki, Mişustin 1966-cı ildə Moskvada anadan oldub və anası ermənidir.  Qeyd olunur ki, onun soyadı vaxtı ilə azərbaycanlıların yaşadığı kəndin adından gəlir. İddia olunur ki, Mişustinin soyadını indiki Ermənistan ərazisində yerləşən tarixi Tayçarıx ("Tay çarıx") kəndindən götürülüb.  Ermənilər kəndin adını erməni dilində Miçust ("Mi çust" - "Tay çarıx") olaraq tələffüz ediblər. Mişustinin soyadı da Miçust sözündəki "ç" səsini "ş" kimi tələffüz olunmasından yaranıb.
 
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top