Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda yüksək rütbəli sabiq məmurlar öldürülür - TAM SİYAHI


Xəbər verdiyimiz kimi, dünən Ermənistanın sabiq Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanın İrəvandakı evində cəsədi tapılıb. Məlum olub ki, sabiq DTX rəhbəri başından güllə ilə vurularaq öldürülüb. 
Yeniavaz.com
xəbər verir ki, Nikol Paşinyan Ermənistanda Baş nazir postuna sahib olduqdan sonra - son il yarım ərzində Ermənistanda bir neçə sabiq məmur müxtəlif şəraitdə ölüb ya da öldürülüb. Öldürülən şəxslər vaxtı ilə Ermənistanda yüksək vəzifələr daşıyıblar. 
Son il yarım ərzində öldürülən sabiq məmurların siyahısını təqdim edirik:
- 2018-ci ilin iyul ayında İrəvanda "Qazprom-Ermənistan" şirkətinə məxsus "Transgaz" şirkətinin direktoru Nikolay Qabrielyanın meyiti aşkar edilib. 69 yaşlı Qabrielyanın ölümü ilə əlaqədar Ermənistan İstintaq Komitəsi cinayət işi açıb, ilkin versiyaya görə, o tapançadan açılan atəş nəticəsində ölüb. Qabrielyan Ermənistandakı məşhur kriminal avtoritet Ara Vardanyanın ("Çvçv Aro") həyat yoldaşının atasıdır.
- 2018-ci ilin oktyabrında İrəvanda Milli Məclisin keçmiş deputatı, "Yuveçi Karo" ləqəbi ilə tanınan keçmiş millət vəkili Karo Karapetyanın qətlə yetirilib. Rəsmi açıqlmada Karapetyanı keçmiş deputat Harutyun Qaragözyanın öldürdüyü bildirilib. Verilən məlumatda qeyd olunub ki, Karapetyan və Qaragözyan aralarında yaranan əmlak mübahisəsini müzakirə etmək üçün görüşdülər, lakin razılığa gələ bilməyiblər. 
- Bir gün sonra isə İrəvanın Davtaşen rayonunda Harutyun Qaragözyanın da meyiti tapılıb. İddia olunub ki, Karapetyanı öldürdükdən sonra, Qaragözyanın özü də intihar edib. 
- 2019-cu ilin sentyabr ayında Ermənistanın Kotayk rayonunun Bjni kəndində respublikanın keçmiş polis rəisi Hayk Harutyunyanın cəsədi tapılıb. Harutyunyan başından güllə yarası olub.  Digər hadisələrdə olduğu kimi Hayk Harutyunyanın da intihar ediyi barədə məlumat verilib. Hayk Harutyunyan 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri postunu tutub, 2003-2008-ci illərdə polisə rəhbərlik edib. 1 mart 2008-ci ildə baş vermiş cinayət işində şahid olub.
- Noyabrın 28-də İrəvanın keçmiş polis rəisi Aşot Karapetyan və dayısı Pyatiqorsk şəhərində (Rusiya) öldürülüb. Karapetyan və dayısının meyiti onlara məxsus pivə zavodundakı partlayışdan sonra çökən binanın altından çıxarılıb.  General-mayor Aşot Karapetyan 2013-2016-cı illərdə Ermənistan paytaxtının polisinə rəhbərlik edib. Hayk Harutyunyan kimi o da 1 mart 2008-ci ildə baş vermiş cinayət işində şahid olub.
- Dünən - 17 yanvar 2020-ci ildə isə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın İrəvandakı mənzillərdən birində başında güllə yarası ilə meyiti tapılıb. Cəsədin yaxınlığında tapança, çox sayda patron olub. Qonşuların heç biri atəş səsləri eşitməyib. Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin may ayına qədər DTX-yə rəhbərlik edib. Georgi Kutoyanın ölümü ilə bağlı "İntihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top