Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı


Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib. 
Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır. 
“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, - deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top