Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri qətlə yetirilib?

 


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, 38 yaşlı Georgi Kutoyanın meyiti onun öz mənzilində deyil, qaynatası Tatul Bişaryanın mənzilində tapılıb. Bu haqda Ermənistan KİV-ləri hadisə yerindən bildirir.

Məlumata görə Kutoyanın meyitini onun arvadı evə gələndə aşkarlayıb. İstintaq Komitəsinin rəsmisi Artur Melikyan jurnalistlərə bildirib ki, Kutoyan gicgahından dəyən güllə ilə ölüb. Lakin otaqda çoxsaylı güllələr və boş gilizlər, habelə divarda güllə izləri aşkar edilib. “Hadisə yerində “Glock” markalı tapança aşkar edilib, həmin tapançanı o Milli Təhlükəsizlik Xidmətində işləyəndə mükafat olaraq almışdı. Ekspertiza otaqda tapılmış sursatların həmin tapançaya aid olub-olmadığını araşdıracaq”,-o deyib.

Kutoyanın ölümü ilə bağlı əsas versiya intihardır, lakin keçmiş xüsusi xidmət orqanı direktorunun qətlə yetirildiyi də istisna edilmir.
Georgi Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Onu həmin postda “məxməri inqilabdan” sonra Artur Vanetsyan əvəzləmişdi.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top