Əziz Əliyev də deputat olmaq istəyir


İTV-də yayımlanan və qısa müddətdə populyarlaşan "3D" verilişi ilə gündəmə gələn Əziz Əliyev də deputatlığa namizədliyini irəli sürüb.

Yeniavaz.com xəbər verir ki, Əziz Əliyev 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürüb.

İctimai Televiziyada musiqi, əyləncəli və xüsusi layihələr departamentinin direktor müavini olan Əziz Əliyev seçkilərə qatılacağı haqda anonsu efirdə vermişdi.

Qeyd edək ki, həmin dairənin hazirki deputatı Ülvi Quliyevdir. Eyni zamanda 15 saylı dairədən Sərdar Cəlaloğlu və Arif Hacılı da namizəddir.

DİGƏR XƏBƏRLƏR

Top