Yol polisində kadr dəyişikliyi edildi: Yeni təyinatlar


Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr islahatı edib.

Yeniavaz.com xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, yaş həddi ilə təqaüdə göndərilən kadrlar idarəsinin rəisini əvəzləyib. Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi yenidən polis polkovniki Kamran Əliyev olacaq.

DİGƏR XƏBƏRLƏR

Top