Rasim Balayev medalla təltif olundu


Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edilib.

Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib. (Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top